cover_img

Radiologiya

Şöbə haqqında

Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı rəqəmsal rentgen, panoramik rentgen, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), cihazları ilə təchiz olunmuşdur. Bu cihazlar vasitəsi ilə Turan Hospitalında geniş spektrli müxtəlif diaqnostik müayinələr və müalicəvi invaziv müdaxilələr həyata keçirilir.

Kompüter Tomoqrafiya cihazı “GE Healthcare” 16 kəsikli spiral KT xüsusiyyətində olub, 15-30 saniyə ərzində incə kəsiklərlə görüntü əldə edilməsi və üçfəzalı görüntüləmə özəlliyi sayəsində həkimin qısa zaman ərzində pasientin sağlamlığı barədə ətraflı informasiya eldə etməsinə kömək edir. Xüsusilə üç-fəzalı KT görüntüləri sümüklərdə qırıq və anomaliyaların dəyərləndirilməsində son dərəcə vacib məlumatlar verə bilir.

Şöbəmizdə mövcud rentgenoskopiya cihazı rəqəmsal xüsusiyyətlidir. Mədə, nazik və yoğun bağırsaq, böyrək, sidik kisəsi, uşaqlıq və uşaqlıq borularının kontrastlı müayinəsi bu cihaz vasitəsi ilə yerinə yetirilir.