Hospitalımızın stomatologiya sahəsində ən son texnologiyadan istifadə etməklə keyfiyyətli tibbi xidmət göstərilir.
Mərkəzdə aşağıda qeyd edilən tibbi xidmətlər göstərilir:
• Check–up müayinə;
• Ağız boşluğunun gigiyenik təmizlənməsi (diş daşları və piqment ləkələri);
• Dişlərin ağardılması;
• Estetik restavrasiyalar;
• Kariyesin müalicəsi;
• Endodontik müalicə (kanal müalicəsi);
• Keramik taxmalar (in lay, on lay);
• Vinir, luminir (Almaniya, İvoclar);
• Qapaqlar – metalkeramika – keramika, preslənmiş keramika, zirkon (Almaniya, İvoclar) ;
• Protezlər – akril, neylon, valoplast, bügel və s.
Hospitalımızda uşaq stomatologiyasına xüsusi yer verilir. Belə ki, ağrısız müalicə işləri uşaqların klinikaya həvəslə gəlməsinə şərait yaradır. ABŞ istehsalı olan müalicəvi plomblardan və profilaktik vasitələridən istifadə olunur. Profilaktika məqsədi ilə hermetizasiya (silant), remineralizasiya (dişlərin kalsium və ftorla zənginləşdirilməsi) prosedurları aparılır.
Tibbi xidmət zamanı sterilizasiya məsələlərinə xüsusi diqqət verilir. Amerika üsulu ilə aparılan sterilizasiya aşağıda qeyd olunan beş mərhələdə həyata keçirilir:
• Tibbi alətlərin yuyucu məhlulda saxlanması;
• Axar su altında xüsusi fırça ilə təmizlənməsi;
• Ultrasonik aparatında dezinfeksiyası;
• Avtoklavda sterilizasiya (121°C, 134°C);
• Alətlərin reviziyası.