İnsan doğulduğu andan yaşlanana qədər orqanizmində fərqli hormonal proseslər gedir və bu hormonal dəyişikliklər bədən çəkimizə təsir göstərir. Hal-hazırki dövrdə olan qida rejimi, stresli həyat tərzi gizli şəkər, haşimoto xəstəliyi, insulin dirənci, obezitə, böyrək üstü vəzin fəaliyyətinin pozulması və.s bu kimi problemlərə gətirib çıxardır. Bu problemlər mütləq şəkildə orqanizmdə artıq piylərin toplanmasına, eyni zamanda ödəm dediyimiz şişkinliyin yaranmasına səbəb olur.
Bu brendin başqa arıqlama mərkəzlərindən fərqi öncəliklə yuxarıda sadalanan və artıq çəkiyə səbəb olan xəstəliklərin müalicəsinin aparıldığı bir profil üzərində qurulmasıdır. İlkin olaraq dəqiq aparılan check-up müayinə zamanı aşkarlanan xəstəliklərin müalicəsinə fokuslanmaqla yanaşı, mütəxəssisimiz tərəfindən tərtib olunmuş qida rejimi və arıqlama paketi ilə mükəmməl nəticələrə nail olmağınıza imkan verir.
Beləliklə siz ESAM arıqlama mərkəzimizin sayəsində həm qalıcı həm də sağlam bir şəkildə ideal kilonuza qovuşacaqsınız.