Urologiya-andrologiya

Şöbə haqqında
Urologiya və Andrologiya bölməmiz Urologiya və Andrologiya şöbəsi sidik-ifrazat sistemi və kişi reproduktiv sağlamlığı ilə bağlı bütün xəstəliklərin diaqnostika, müalicə və profilaktikasını həyata keçirən ixtisaslaşmış tibbi bölmədir. Şöbədə həm qadın, həm də kişilərdə böyrəklər, sidik kisəsi, sidik axarları və sidik kanalı ilə bağlı problemlər, eyni zamanda kişilərdə reproduktiv sistem xəstəlikləri müasir tibbi protokollara uyğun şəkildə müalicə olunur. Urologiya sahəsi böyrək daşı, sidik yolları infeksiyaları, sistit, pielonefrit, prostat vəzinin xəstəlikləri, sidik qaçırma, sidik ifrazında çətinlik, sidik kisəsi problemləri və digər uroloji patologiyaların müalicəsini əhatə edir. Andrologiya isə kişilərdə sonsuzluq, erektil disfunksiya (cinsi zəiflik), erkən boşalma, hormonal pozğunluqlar, varikosele, prostat problemləri və digər kişi sağlamlığı ilə bağlı məsələlərin diaqnostika və müalicəsinə yönəlib.
Peşəkar məsləhət alın
Bir dəqiqə ərzində qeydiyyatı tamamlayın və peşəkar həkim məsləhəti alın.
TURAN HOSPITAL
Bazar ertəsi - Cümə : 09:00 - 18:00
Şənbə - Bazar : 09:00 - 14:00
Telefon : 012 948 / 055 270 05 24
Email : info@turanhospital.az
Ünvan :
Bakı ş., Xətai r-nu, Əhmədli qəsəbəsi, Sarayevo küç. 184