Terapiya

Şöbə haqqında
Terapiya bölməsində daxili orqanların diaqnostikası, müalicə və profilaktikası aparılır. Qeyd etmək istərdik ki, Terapevt pasiyentin müraciət etməli olduğu ilk həkimdir. O, pasiyentin şikayətlərini dinləyir, xəstəliyin tarixi, pasiyentin həyat tərzi, irsiyyəti, keçirdiyi xəstəliklər və allergik reaksiyalarının olması barədə suallar verir. Sualların cavabları əsasında keçən ilkin baxış mərhələsindən (pasiyentin mövcud vəziyyətini qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqini ölçür, ürəyinə və ağciyərlərinə qulaq asır və s.) sonra pasiyentə lazım olduğu təqdirdə şikayətə uyğun müvafiq əlavə müayinələr (laborator, rentgenoloji, sonoqrafik, endoskopik, elektrofizioloji və s. ) təyin edilir.
Həkim heyətimiz
Terapiya şöbəsində çalışan peşəkar həkimlərimiz sizə ən yüksək səviyyəli tibbi xidmət göstərməyə hazırdır.
Peşəkar məsləhət alın
Bir dəqiqə ərzində qeydiyyatı tamamlayın və peşəkar həkim məsləhəti alın.
TURAN HOSPITAL
Bazar ertəsi - Cümə : 09:00 - 18:00
Şənbə - Bazar : 09:00 - 14:00
Telefon : 012 948 / 055 270 05 24
Email : info@turanhospital.az
Ünvan :
Bakı ş., Xətai r-nu, Əhmədli qəsəbəsi, Sarayevo küç. 184
