Klinikamızda dəri problemlərinin müayinə və korreksiyası həyata keçirilir. Bədən , üz dərisinə və saç diblərinə qulluq, mövcud olan problemlərin aradan qaldırılması və ya korreksiyası mütəxəssislərimiz tərəfindən uğurla aparılır. Üz dərisinin kosmetoloji korreksiyasında buxarlı təmizləmə,ozonlu təmizləmə, darsonvalizasiya və s. prosedurlar istifadə edilir. Bütün prosedurlar zamanı ən başlıcası gigiyenik qaydalara, alət və ucluqlarda sterilliyə riayət olunur və yalnız yüksək keyfiyyətli və təbii preparatlardan istifadə olunur.
Kontur plastikası, plazmaliftinq (PRP), botoks, mezosapların tətbiqi, biorevitalizasiya və mezoterapiya prosedurları ixtisaslaşmış həkim-kosmetoloqlarımız tərəfindən həyata keçirilir.
Trixologiya sahəsində təcrübəli olan mütəxəssislərimiz həm qadın, həm kişi pasientlərdə saç problemlərinin müalicəsini aparır. Saçtökülmənin səbəbi aydınlaşdırılır və uyğun müalicə tətbiq olunur. Dəri və saç dibi ilə bağlı xəstəliklər zamanı pasientin müayinə və müalicəsi dermatokosmetoloq tərəfindən həyata keçirilir.
Xidmətlərimiz:
• Dərinin cavanlaşdırılması
• Vücudun korreksiyası
• Sellülitin müalicəsi
• Konturlu plastika və s.
Aparılan proseduralar:
• Botoks;
• Mezoterapiya (Dəri və dəri altına xüsusi preparatların və vitaminlərin yeridilməsi ilə cavanlaşdırmanın müasir üsuludur);
• Biorevitalizasiya;
• Plazmaliftinq (Passientin öz qanının trombositlərlə zəngin plazmasının dəri altına yeridilməsi ilə cavanlaşdırıcı inyeksiyadır);