cover_img

Dişlərin hiperesteziyası

Dişlərin hiperesteziyası

Dərc olunub: 26 February, 2021

Dişlərin hiperesteziyası – mexaniki, temperatur və kimyəvi qıcıqlandırıcıların təsiri altında dişlərdə yaranan ağrı reaksiyası ilə müşahidə olunan patoloji vəziyyətidir.

Adətən xəsətlər temperatur (isti, soyuq), kimyəvi (turş, şirin, duzlu) və ya mexaniki qıcıqlandırıcılardan yaranan intensiv, lakin tez keçən ağrı hissinə şikayət bildirirlər. Xəstələr qeyd edir ki, onlar soyuq hava ilə nəfəs ala bilmirlər, turş, şirin, duzlu qidalar, meyvə yiyə bilmirlər, yalnız bir az qızdırılmış yeməkləri yeyə bilirlər. Adətən, bu əlamətlər daimi olurlar, lakin bəzən müvəqqəti olaraq ağrıların azalmasıda müşahidə olunur (remissiya).
Ağrı digər dişlərədə irradasiya etdiyindən bəzi hallarda xəstə dişi təyin etmək çətin olur.