Süd dişlərinin qayğısı
Uşaqların süd dişlərinin qayğısına qalmaq mütləqdir. Süd dişləri uşaqların 6-7-8 aylarından kəsilməyə başlayır. Öncə körpənin alt 2 dişi kəsilir, sonra üst. 2.5 yarımında körpənin bütün 20 dişi kəsilir. Əgər körpənizin 1 yaşında dişləri çıxmayıbsa və ya körpənizin 3 yaşınada dişləri sonadək çıxmayıblarsa – həkimə mürariyət etməniz mütləqdir.
Dişləri təmizləməyə başlayırıq
Körpənizin ilk dişləri çıxdıqdan sonra dişləri təmizləməyə başlamaq lazımdır. Bunun üçün öncə qaynadılmış suda isladılmış , bint parçasından istifadə edin, sonra barmağa keçirilən rezin fırçalardan.
Bir neçə vaxtdan sonra uşaqa dişlərini ozü təmizləmısi üçün, yumşaq və kiçik başlı diş fırçası vermək lazımdır. Uşaqların dişlərini gün ərzində 2 dəfə təmizləmək lazımdır, böyüklərdə olduğu kimi. Uşağınızın dişlərini təmizləməsinə nəzarət etməlisiz, əmin olmalısızki uşağınız dişlərini təmiz fırçalayır.